Design Studio 313
Kainatdakı qüsursuzluq təsadüf deyil

İnsanlar Allahın ruhundan üflədiyi ağıl və iradə sahibi varlıqlardır

Əslində təkamül nəzəriyyəsinin təsadüf iddiasının məntiqsizliyi müzakirə olunmayacaq qədər açıq və aydındır.Təkamülçülərin iddiası şəhərin ortasındakı böyük bir göydələnin, yağışın, küləyin təsiriylə qumun, sementin, daşların təsadüfən birləşməsi nəticəsində ortaya çıxdığını iddia edəcək qədər axmaqlıqdır.
Təkamülçülər, xülasəylə, cansız maddənin uzun vaxtkeçdikdə canlanıb hüceyrələr meydana gətirdiyinə, bu hüceyrələrin özlərində baş verən mutasiyalar və aralarındakı “rəqabət” nəticəsində Stephen Hawking, Albert Einstein, Frank Sinatra, Mari Küri kimi insanları, filləri, kəpənəkləri, balıqları, yasəmənləri, limonları və ya akasiya ağaclarını meydana gətirdiyinə inanırlar.

Heç bir elmi tapıntıya əsaslanmayan bu iddialarında qarşılaşdıqları ən böyük çətinliklərdən biri isə, insan ruhuna aid xüsusiyyətləri açıqlamaqdır.Cansız maddələrin və təsadüflərin necə olub da, düşünən, sevinən, gülən, kədərlənən, həyəcanlanan, sənət əsərləri meydana gətirən, moda meydana gətirən, mahnı bəstələyən, sevdiyi mahnı çalınanda coşğu duyan, kababın qoxusundan zövq alan, yoqurtun dadını sevən, darıxan, dost olan, ixtiralar, kəşflər edən, dövlət idarə edən, kosmosa gedən insanları meydana gətirdiyini qətiyyən açıqlaya bilməzlər.

Təkamülçülər bütün varlıqların təsadüflərin əsəri olduğunu iddia edirlər.Bu batil inanca görə vaxt ərzində təsadüflərin köməyi ilə “ibtidai şorba” adını verdikləri palçıqlı sudan canlılar törəmiş və inkişaf edərək insanlara çevrilmişlər.İnsan bədənindəki estetik və simmetriyanı zamanın köməyi ilə meydana gətirən təsadüf adlı xəyali güc, bununla da kifayətlənməmiş və insan zəkasını və duyğularını meydana gətirmişdir.
Hər nə qədər elmi terminlərin arxasına gizlənsə də təkamülü müdafiə edənlərin əsas iddia etdikləri şey bu səhv məntiqdir.
Təkamülçü elm adamı Roger Levin:
“Fiziki mənada, insanın təkamülü haqqındakı hər hansı bir nəzəriyyə güclü çənələri və iri kəsici dişləri olan və bizdən dörd qat sürətli qaçan meymun bənzəri bir əcdadın yavaş-yavaş iki ayaqlı bir heyvana necə çevrildiyini izahı etməlidir. Bu güclərə ağılı, danışmağı və əxlaqı əlavə edin, bunların hamısı təkamül nəzəriyyəsinə qarşıbaş qaldırır”. (John Peet, The True History Mankind, http://www.mesozoic.demon.co.uk/mankind.htm)

İnsan şüurlu, iradə sahibi, düşünə bilən, danışa bilən, ağıllı, qərar verə bilən, mühakimə edə bilən bir varlıqdır.Bütün bu xüsusiyyətlər Allahın insanı ruh sahibi etməsinin bir nəticəsidir.Ancaq təkamülçülərin iddialarına görə ölkələri üçün siyasi, sosial, iqtisadi qərarlar alan müvəffəqiyyətli və ya müvəffəqiyyətsiz, gəlib keçmiş bütün dövlət insanları da guya təsadüflərin idarə etdiyi xəyali mexanizmlər nəticəsində mövcud olmuşlar.Bu iddianın qeyri-mümkünlüyünün Darvin də fərqinə varmış və kitabında belə demişdir:

“Son iki hissədə insanınorqanizm quruluşunda aşağı bir formadan törədiyinin izlərini daşıdığını gördük, amma insan zehni güc baxımından bütün o biri heyvanlardan elə fərqlidir ki, əldə olunan bu nəticədə bir səhv ola biləcəyini irəli sürə bilər”.(Charles Darwin, İnsanın Türeyişi, Onur nəşrləri, Aprel 1995, s.85)

Darvinistlər təsadüfləri üstün bir ağıl kimi təqdim edən, ard-arda meydana gələn milyonlarla təsadüfün cəmini “yaradıcı bir güc” olaraq göstərən batil bir fikrin müdafiəçiləridir. Darvinistlərə görə təsadüflər dünyadakı bütün insanların ağlından çox daha böyük bir ağıla sahibdirlər.Yüz minlərlə ildir gəlib keçmiş nə qədər insan varsa, hamısının beynini, ağlını, düşünmə qabiliyyətini, mühakimə və yaddaş gücünü, fiziki xüsusiyyətlərini və daha yüzlərlə minlərlə xüsusiyyətini formalaşdıranın“təsadüf” adlı bu “dahi” olduğunu iddia edirlər.Darvinistlərə görə dünyanın ən ağıllı, ən bilikli elm adamlarının üstün texnologiya ilə hazırlaya bilmədikləri hüceyrəni, təsadüflər şüursuz atomları istifadə edərək hazırlaya bilmişlər.Bundan əlavə, bu təsadüflər Einstein, Pasteur, Galilei, Newton kimi dahiləri də meydana gətirə bilmişlər.Əlbəttə, bu iddialar son dərəcə ağıldankənardır.Bütün varlıqların Yaradıcısı sonsuz qüdrət sahibi olan Uca Allahdır.

Təkamülçülərin iddiası vaxt və təsadüf cütünün palçıqlı suyu,bacarıqlı, ağıllı, müvəffəqiyyətli, estetik zövqə və gözəlliyə sahib, qüsursuz bir görmə və eşitmə qabiliyyəti daşıyan varlıqlara çevirməsidir.

İndi fikirləşin: Bu səhifələrdə şəkillərini gördüyünüz, bacarıqları və uğurları ilə tanınan insanlar təsadüf, vaxt və palçıqlı su üçlüsünün əsəri ola bilərlər mi?
Təsadüfən meydana gəldiyi iddia edilən varlıqlar sənətdən, estetikadan zövq ala bilərlər mi?
Bu varlıqlar təsadüflərin əsəri olsalar ssenarilər yazıb, mahnı bəstələyib, film çəkib, obraz canlandıra bilərlər mi?
Belə varlıqlar Oskar mükafatını qazana bilərlər mi?
Təsadüflərin meydana gətirdiyi varlıqların xəyal gücü ola bilər mi, yüzlərlə səhifəlik romanlar yaza bilərlər mi?
Əlbəttə ki, bütün bu sualların tək cavabı var: Xeyr.Təsadüflər, nə qədər vaxt verilirsə verilsin, palçıqlı suyu bir insana çevirib, sonra da o insana bu xüsusiyyətləri qazandıra bilməzlər.Təkcə bu sualların cavabları belə təkamül nəzəriyyəsini çürütməyə kifayətdir.
Aydındır ki, bütün bunları bacara bilən varlıqlar ancaq üstün bir elm və güc sahibi Allahın yaratmasının əsərlərindəndir.

Allah onları bu qabiliyyətlərlə yaratdığı,sənətkar, aktyorbacarıqlarını ilham etdiyi, səslərini gözəl yaratdığı üçün onlar bacarıqlı sənətçilərdir.Bu səbəblə, müvəffəqiyyətlidirlər.
Dünya üzərində təxminən 7 milyard insan yaşayır.Bu insanlar 7 milyard qüsursuz görmə sisteminə və yenə 7 milyard qüsursuz eşitmə sisteminə malikdir.İnsanların sahib olduğu görmə sistemləri elə inkişaf etmişdir ki, bu gün ən qabaqcıl texnologiya ilə istehsal olunan heç bir kamera gözlərin insana təqdim etdiyi görməkeyfiyyətinə çata bilmir.Yenə insanın sahib olduğu qulaqlar, dövrümüzün ultra modern səs sistemlərini tamamilə geridə qoyur.

Amma darvinistlər ən inkişaf etmiş texnologiyanın “rəqabət apara bilməyəcəyi” bu görmə və eşitmə sistemlərini kor təsadüflərin inşa etdiyinə inanırlar.
Bu qəribə iddiaya görə, TƏSADÜF+PALÇIQ+VAXT üçlüsü bir yerə gəlmiş, insan ağlının və təcrübəsinin çata bilmədiyi bir texnologiyanı meydana gətirmişlər.Üstəlik, son dərəcə ağıllı və tədbirli bir iş görmüş, bu sistemlərdən 7 milyard insanın hər birində bir cüt meydana gəlməsinə imkan vermişlər.
Şübhəsiz, bu iddia açıq şəkildə göstərir ki, təkamülçülər bu üç qüvvənin sanki “ilah” xüsusiyyətinə sahib olduğunu düşünürlər.

Təsadüfən bir yerə gələn şüursuz və cansız atomlar düşünə bilməzlər, fizika qanunlarını bilə bilməzlər, riyazi hesablar apara bilməzlər, mühəndis olub tonlarla suyu tutan möhkəm anbarlar, nəhəng göydələnlər inşa edə bilməzlər, kompyuter işlədə bilməzlər, piano çalıb, xoşuna gələn bəstələr edə bilməzlər.