Design Studio 313
Kainatdakı qüsursuzluq təsadüf deyil

Təsadüflər ilah ola bilməz, bütün varlıqların yaradıcısı Allahdır

Çarlz Darvinin XIX əsrdə irəliyə sürdüyü təkamül nəzəriyyəsi insanlıq tarixində yer tutan ən inanılmaz, ən ağıldankənar iddialardan biridir.Buna baxmayaraq, 150 il ərzində müxtəlif elm adamlarından professorlara, həkimlərdən tədqiqatçılara qədər bir çox insan bu nəzəriyyəyə inanmışdır.Bu insanlar elmi həqiqətlərləzidd düşməyi belə gözə alaraq böyük bir qətiyyətlə təkamül nəzəriyyəsini müdafiə etməyə çalışmışlar.

Halbuki, bu nəzəriyyə ağlasığmaz bir iddia irəli sürür.Təkamül nəzəriyyəsinə görə bütün insanlar, bitkilər və heyvanlar kor və şüursuz təsadüflərin əsəridir. Təkamülçülər bundan milyardlarla il əvvəl şüuru, ağılı, biliyi və heç bir gücü olmayan cansız atomların təsadüflər nəticəsindəibtidai şorba olaraq adlandırdıqları okeanlarda və ya su hövzələrində müəyyən nisbətlərdə bir yerə yığılaraq,daha sonra təsadüfihadisələr nəticəsində, bu gün elm adamlarının belə ən son texnologiya ilə laboratoriyalarda əldə edə bilmədikləri zülalları və hüceyrəni meydana gətirdiyinə inanarlar.Bununla da kifayətlənməyib daha da irəli gedərək kor təsadüflərin meydana gətirdiyi hüceyrələrin də yenə təsadüfi proseslər nəticəsində balıqları, dəniz ulduzlarını, pinqvinləri, pişikləri, aslanları, qağayıları, quzuları və hətta ağıl sahibi insanları meydana gətirdiklərini söyləyərlər.

Təkamülçülərin nə qədər məntiqsiz bir iddia irəli sürdüklərini anlamaq üçün bir nümunə verək:
Təsadüflərin yaradıcı gücü olduğuna inanan təkamülçülər, çox böyük çənlər götürsələr.Bu çənlər içinə bir canlını yaratmaq üçün lazım olduğunu düşündükləri bütün maddələri qoysalar.Məsələn, bu çənə həyatı meydana gətirən bütün amin turşularını, zülalları, lipidləri, karbon, fosfor, kalsium, karotin kimi elementlərin hamısını qoysalar.Daha sonra bu qarışığa kənardan istədikləri kimi müdaxilə etsinlər.Məsələn, çənləriisitsələr, soyutsalar, üzərinə ildırımlar düşürsələr, elektrik versələr. Çənə qoyduqları maddələri istədikləri müasir cihazlarla qarışdırsalar.Ayrıca bu qarışığın başında milyardlarla, hətta trilyonlarca il bir-birlərinə atadan oğula vəsiyyət edərək keşik tutsalar və heç bir şeyi təsadüflərə buraxmadan, qarışığın hər anınanəzarət edərək, bir-birlərinə məsləhətləşib, dünyanın ən qabaqcıl bioloqlarından, genetiklərindən, fiziklərindən, təkamül mütəxəssislərindən məsləhət alsalar.Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin lazımlı olduğuna inanırlarsa hamısını istifadə etməkdə sərbəst olsalar ...

Bütün bu şüurlu və ciddi səylərə baxmayaraq bu çəndənhəyata dair bir şeyheç vaxt çıxara bilməzlər.Nə edirlərsə etsinlər yenə də bu çənin içindən, bu kitab boyunca şəkillərini görəcəyiniz tovuz quşlarını, sərçələri, dovşanları, tutuquşularını, atları, kərgədanları, qarpızı, naringini, gülləri, yasəmənləri, cökə ağaclarını, gilasları, çiyələyi, bananları, kakosu, pambığı, qarğıdalını, xurmanı, ənciri, zeytunu, limonu, üzümləri, əriyi, sincabları, bayquşları, qarışqaları, balarılarını və s. çıxara bilməzlər.

Hansı əməliyyatı yerinə yetirsələrdəbu çəniniçindəki atomlar;Eynşteyn, Nyuton kimi mürəkkəb problemlərə həll yolu tapan dahi elm adamlarını;Picasso, Michalengelo kimi sənət və estetik cəhətdən möcüzələr meydana gətirən sənətçiləri;Bethoven, Motsart kimi insan ruhuna zövq verən melodiyalar bəstələyən musiqiçiləri;ixtiralar edən, bədəninitəşkil edən atomları mikroskop altında araşdıran elm adamlarını;Humphrey Bogart, CHarlton Heston kimi məşhur aktyorları;Britney Spears, Ricky Martin, Michael Jackson kimi sənətçiləri;rəqs edən, mahnı oxuyan, simmetriyadan, estetikadan, rənglərin ahəngindən zövq alan, avtomobil dizayn edən, kitab yazan, kitab oxuyan, öyrənən, öyrəndiklərini yaddaşında saxlayan, düşünən, dərk edən, mühakimə edən, həyəcanlanan, sevinən, sevgi, mərhəmət və şəfqət duyan, darıxan, sobadakı keksin qoxusunu hiss etdikdə iştahlanan, yediyi yeməyin dadından zövq alan, gülməli bir hadisəyə gülən, dostları ilə zarafatlaşan, bir fikri müdafiə edən, müzakirə edən insan zəkasını qətiyyən meydana gətirə bilməzlər.

Şüursuz atomları hər hansıformada bir yerə yığırsınızsa yığın, heç vaxt bu varlıqlardan tək birini, hətta bunlardan hər hansı birinin tək bir hüceyrəsini belə meydana gətirə bilməzlər.
Elə isə bütün insanlığın bilik və səyi ilə əsla meydana gələ bilməyəcək canlılığı şüursuz atomların, kor təsadüflərin köməyi ilə meydana gətirdiyini necə iddia edə bilərlər? Hər kəsəaydındır ki, bir qədər ağlı və vicdanı olan bir insan bütün canlıların və insanların təsadüflərin əsəri olmasının mümkün ola bilməyəcəyini dərhal anlayar.Heç bir ön mühakiməyə qapılmadan, ağlı və vicdanı ilə düşünən hər insan bütün bu varlıqları yaradanın üstün bir ağıl, sonsuz bilik və misilsizgüc sahibi Allah olduğunu qəti olaraq bilər.
Ancaq, XX əsr ərzində böyük bir möcüzə olaraq, insanların bir hissəsi bu ağlasığmaz ssenariyə inanmışlar.Bütpərəst qövmlərin inancları ilə lağ edən, onları primitiv görən bu insanlar, professor, elm adamı, müəllim kimi adlara sahib olmalarına baxmayaraq, taxtadan oyulmuş bir bütün insanların yaradıcısı olduğuna inananlar qədər ağıllarını və vicdanlarını kor etmiş və bu cəfəngiyata inanmışlar.Peyğəmbərimiz (s.ə.v) bir hədisi-şərifində bu cür kor insanlara şirkin ən böyük günah olduğunu xatırladır:

“(Ən böyük günah) Allah səni yaratmış ikən, Ona şərikqoşmağındır”.(Kütüb-i Sitte, Muhtasarı Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2-ci cild, Akçağ nəşrləri, Ankara, səh. 130)

Allah Quranda bütlərə sitayiş edən, bu bütlər haqqında yalanlar uyduraraq onların hər şeyə qadir olduqlarını zənn edən bu insanları belə xəbərdar edir:

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. (Ənkəbut surəsi, 17)